Putin qanunsuz miqrantları aprelin 30-dək Rusiya Federasiyasını tərk etməyə məcbur etdi
Rusiyada qeyri-qanuni qalan miqrantlar aprelin 30-dək ölkəni özbaşına tərk etməli və ya hüquqi vəziyyətini tənzimləməlidir. Müvafiq sərəncamı dekabrın 30-da Rusiya prezidenti Vladimir Putin imzalayıb. Sənəd hüquqi aktların rəsmi dərci üçün internet portalda yerləşdirilib.
“Rusiya Federasiyasında yerləşən, məlumatları nəzarət edilən şəxslərin reyestrinə daxil edilməli olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasını müstəqil şəkildə tərk etməyə borcludurlar və ya 2025-ci il yanvarın 1-dən aprelin 30-dək Rusiya Federasiyasında onların hüquqi vəziyyəti tənzimləməlidir”, - deyə sənəddə qeyd olunur.
Fərmandan belə çıxır ki, əcnəbilərin reyestrdə olmasının yoxlanılması ilə bağlı müddəalar 2025-ci il fevralın 5-dən qüvvəyə mindikdən sonra fəaliyyətə başlayacaq.
Almaz Həsənli