“Şrek”dəki  Uzunqulaq obrazının prototipi olmuş eşşək Perri ölüb

“Şrek”dəki  Uzunqulaq obrazının prototipi olmuş eşşək Perri ölüb

5 Yanvar 13:51
Bəyəndim (1) Bəyənmədim (0)



ABŞ-ın Polo-Alto şəhərində "Şrek" cizgi filminin qəhrəmanı Uzunqulaq obrazı üçün modellik edən eşşək Perri ölüb. Onun 30 yaşı var idi. Bu barədə yerli “Barron Park”ın əməkdaşları sosial şəbəkələrdə məlumat veriblər.
Heyvan laminitdən - dırnaq buynuzu ilə dırnaq sümüyünün arasında yerləşən həssas yumşaq toxumanın (lamina) iltihabından əziyyət çəkib. Xəstəlik ona dözülməz ağrı verirdi, bir ayağını istifadə edə bilmirdi. Heyət ağrıları aradan qaldırmaq üçün akupunktur, isti masaj və lazer işıq terapiyası da daxil olmaqla müxtəlif üsulları sınayıb. Lakin heyvanın vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən o, evtanizasiya edilməli olub.
Təşkilat İnstaqram səhifəsində yazıb: "Buradakı uzun həyatı ərzində Perri, filmdəki Uzunqulaq obrazı üçün model kimi “Şrek” filminə verdiyi töhfələr sayəsində “Barron Park” ictimaiyyətinin və çox kənarda insanların qəlbini fəth etdi".
Xatırladaq ki, Perrinin prototipinə çevrildiyi Uzunqulaq “Şrek” cizgi filminin əsas personajlarından biri, div Şrekin dostudur. Filmin birinci hissəsi 2001-ci ildə işıq üzü görmüşdür.
Almaz Həsənli