Zelenski Kiyevin NATO zəmanəti ilə nizamlanmaya hazır olduğunu açıqlayıb

Zelenski Kiyevin NATO zəmanəti ilə nizamlanmaya hazır olduğunu açıqlayıb

6 Yanvar 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik yolla həllinə aparan yol kimi görür. Bunu Vladimir Zelenski amerikalı jurnalist Leks Fridmana müsahibəsində deyib. Müsahibənin videosunu Zelenskinin ofisi dərc edib.

"NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bu barədə razılığa gəlmək olarmı? Əminəm ki, bəli. Bu, bizim üçün böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir, İkincisi isə silah paketidir”, - deyə o bildirib.

Eyni zamanda, Zelenski əlavə edib ki, hətta atəşkəs bağlamaq üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq. “Əgər biz atəşkəsdən danışırıqsa, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.

Oxuməni.az