Tibetdə zəlzələ baş verib
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.
Oxuməni.az bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
Zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.
130 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.
Yeraltı təkanlar qonşu Nepal, Butan və Hindistanda da hiss olunub. Çin hakimiyyətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:05-də baş verib. Zəlzələnin episentri Everestdən təxminən 80 kilometr şimalda yerləşən Tinqri bölgəsində olub.
Çin prezidenti Si Cinpin bildirib ki, itkilərin sayını azaltmaq və yaralılara adekvat yardım göstərmək üçün hərtərəfli axtarış-xilasetmə əməliyyatları aparılmalıdır.
Almaz Həsənli
Digər xəbərlər