Məkkə və Mədinə sular altında qalıb

Məkkə və Mədinə sular altında qalıb

7 Yanvar 12:36
Bəyəndim (1) Bəyənmədim (0)


Şiddətli leysan yağışları Səudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərində güclü daşqınlara səbəb olub. Oxuməni.az “Metro”ya istinadən xəbər verir ki, su axını küçələri çaya çevirib, avtomobilləri aparıb, yaşayış məntəqələrini su basıb.
Nəşrin məlumatına görə, ekstremal hava şəraiti xeyli ziyan vurub. Sosial mediada suyun bütün əraziləri necə su basdığını və şəhərlərdə hərəkəti çətinləşdirdiyini göstərən görüntülər yayılıb.
Səudiyyə Ərəbistanı Meteorologiya Xidməti təkcə Məkkə və Mədinə üçün deyil, Ciddə liman şəhəri üçün də qırmızı təhlükə elan edib. “Metro”dan verilən məlumata görə, su selləri adətən quru və qayalı çay yataqlarını dolduraraq onları şəhər infrastrukturunu əhatə edən şiddətli sellərə çevirib.
Vəziyyət gərgin olaraq qalır, səlahiyyətlilər sakinlərə ehtiyatlı olmağı və su basmış ərazilərlə səyahət etməməyi tövsiyə edir.
Almaz Həsənli