2,6 milyon Tesla avtomobili ilə bağlı araşdırma başladılıb

2,6 milyon Tesla avtomobili ilə bağlı araşdırma başladılıb

8 Yanvar 10:36
Bəyəndim (0) Bəyənmədim (0)



ABŞ-da təxminən 2,6 milyon Tesla avtomobili ilə bağlı araşdırma başladılıb. Araşdırma qərarı istifadəçilərə nəqliyyat vasitələrini uzaqdan hərəkət etdirməyə imkan verən funksiya ilə bağlı qəza xəbərləri alındıqdan sonra qəbul edilib.
ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) istifadəçilərə nəqliyyat vasitələrini uzaqdan hərəkət etdirməyə imkan verən funksiya ilə əlaqəli qəza xəbərlərinə görə açıqlama edib.
Açıqlamada, istifadəçilərin telefon tətbiqi ilə avtomobilin hərəkətini dayandıraraq toqquşmanın qarşısını almaq üçün reaksiya müddətinin çox az olduğu iddialarına əsaslanaraq, bu xüsusiyyətin yenidən araşdırılmasına başladıldığı bildirilib.
Bu funksiyanı dəqiq yoxlamaq üçün təxminən 2 milyon 585 min Tesla avtomobilinə yenidən baxış keçiriləcək.

Oxuməni.az