Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb

7 Yanvar 10:18
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və Avropanın digər paytaxtlarına əvvəlcədən elan edilmiş səfərini siyasətçinin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər təxirə salıb. Bu barədə dörd məlumatlı mənbəyə istinadən Reuters yazır.

Kelloqun komandası həmçinin Avropanın digər paytaxtlarında, o cümlədən Roma və Parisdə rəsmi şəxslərlə görüşməkniyyətində idi. Səfərin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Dekabrda Trampın ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Minsk razılaşmaları “pis şəkildə iflasa uğrayıb”. Ona görə də Tramp bu vəziyyətin təkrarlanmasına imkan verməyəcək. Onun sözlərinə görə, Ağ Evin yeni rəhbəri Moskva və Kiyev arasında ədalətli və uzunmüddətli sülhü təmin edəcək razılaşmalara nail olmaq istəyir.

Oxuməni.az