Netanyahu İordan çayının qərb sahilində təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirləri təsdiqləyib

Netanyahu İordan çayının qərb sahilində təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirləri təsdiqləyib

7 Yanvar 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu, Kdumim qəsəbəsi yaxınlığındakı magistral yolda naməlum şəxslər tərəfindən üç israillinin öldürülməsindən sonra İordan çayının qərb sahilindəki vəziyyəti qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra bölgədə təhlükəsizliyi təmin etmək üçün bir sıra əlavə müdafiə tədbirlərini təsdiqləyib. Bu barədə yəhudi dövlətinin hökumət başçısının ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu bu gün 6 yanvar axşam müdafiə naziri İsrail Katz, Baş Qərargah rəisi Herzi Halevinin iştirakı ilə Yəhudeya və Samariyada vəziyyəti qiymətləndirmək üçün iclas keçirdi. İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar, Baş nazirin hərbi katibi və digər təhlükəsizlik qüvvələri, Baş nazir terrorçuların tutulması və mühakimə olunması üçün tədbirləri təsdiqlədi”, - məlumatda deyilir.

Bazar ertəsi İordan çayının qərb sahilində yəhudilərin məskunlaşdığı Kdumim qəsəbəsi yaxınlığında şossedə avtobus və avtomobillərə atəş açılaraq üç israilli həlak olub.

Oxuməni.az