Argentina jandarmı Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlayırdı

Argentina jandarmı Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlayırdı

7 Yanvar 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelada həbs edilən Argentina jandarmı Nahuel Aqustin Gallo Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodrigesə sui-qəsd hazırlayırdı. Bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının efirində bildirib.

"Qallonun Venesuelaya sevgilisi ilə görüşmək üçün gəldiyi iddiası yalandır" deyən Maduro, "bu cənabın Argentinada arvadı və ailəsi olduğunu" qeyd etdi. Prezident Rodrigesə “sui-qəsd cəhdinin” olduğunu bildirib. "Mən Argentina hökumətinin Venesuelada zorakı planlarda iştirakını pisləyirəm" dedi Maduro.

Argentinalı jandarm 2024-cü il dekabrın 8-də Kolumbiyadan qeyri-qanuni yollarla Venesuelaya girməyə cəhd edərkən həbs edilib. Dekabrın 27-də Venesuela Baş Prokurorluğu Qallonu bir sıra sabitliyi pozan və terror aktları həyata keçirməyə cəhd edən bir qrup şəxslə əlaqədə olmaqda ittiham edib.

Oxuməni.az