Türkiyə və Suriya genişmiqyaslı hərbi əməliyyat  hazırlayirlar

Türkiyə və Suriya genişmiqyaslı hərbi əməliyyat  hazırlayirlar

8 Yanvar 16:07
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) kürd silahlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat hazırlayır. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriyadakı kürd yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, bu çağırışa məhəl qoymamaq hərbi əməliyyata gətirib çıxaracaq.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. Əgər PKK- HPG silahı yerə qoymasa, Suriyada başqa bir idarəçiliyə təkid etməyə davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq,”- nəşr bildirib.
Materialın müəllifləri aydınlaşdırırlar ki, Qərb ölkələrinin konkret hansı “yeni tələbləri”nin Ankara və Dəməşqin birgə hərəkətlərinə başlaması üçün trigger (tətik) ola biləcəyi hələ aydın deyil.
Məqalədə Türkiyənin Suriyadakı vəziyyəti sabitləşdirmək üçün ciddi səylər göstərdiyi də vurğulanır. Ankara bəyan edib ki, onun hərəkətləri PKK-nın mövcudluğunu dəstəkləmək deyil, bu təhlükəni məhv etmək məqsədi daşıyır. Türkiyə rəhbərliyi “A Planı”na sadiq qalmağa davam edir, lakin lazım gələrsə, “B Planı”ndan istifadə etməyə hazırdır.
Almaz Həsənli