ABŞ və Rumıniya arasında vizasız rejim tətbiq edilir
Rumıniya vətəndaşları Səyahət İcazəsinin Elektron Sistemi (ESTA) platforması vasitəsilə ABŞ hakimiyyətinə gələcək səfərləri barədə məlumat verərək mart ayından etibarən ABŞ-a vizasız daxil ola biləcəklər. Bu barədə Agerpres agentliyinə xarici işlər naziri Emil Hurezeanu məlumat verib.
"Biz daha 2,5 ay, yəni martın 1-nə qədər gözləməliyik. Söhbət texniki sistemlərin həllindən gedir", - XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, Rumıniya vətəndaşlarının ABŞ-a daxil olması üçün vizaya ehtiyacı olmayan 43-cü ölkə olacaq.
İndiyədək ABŞ-a səyahət etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza xərclərini ödəməlidirlər.
Xarici işlər naziri aydınlaşdırıb ki, yanvarın 10-da ABŞ-ın daxili təhlükəsizlik naziri və Rumıniya səfiri Vaşinqtonda iki ölkə arasında vizasız rejimin tətbiq olunduğunu rəsmən elan edəcəklər.
Oxuməni.az