Mollanın təhqiramiz ifadələrinə cavab olaraq Təbrizdə Əliyev və Ərdoğanın plakatları vurulub

Mollanın təhqiramiz ifadələrinə cavab olaraq Təbrizdə Əliyev və Ərdoğanın plakatları vurulub

9 Yanvar 13:20
Bəyəndim (1) Bəyənmədim (0)


Təbriz şəhərinin müxtəlif yerlərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotoşəkilləri olan plakatlar asılıb.Bu barədə “Minval.az” Azad İran” teleqram kanalına istinadən xəbər verir.
Plakatları “Yaşasın Qarabağ qəhrəmanı, lider Əliyev!” və “Yaşasın Şam fatehi, lider Ərdoğan!” yazıları müşayiət edir.
Güney Azərbaycan Milli Hərəkatının fəalları bununla da İranın Ali Rəhbərinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amulinin Azərbaycana, prezident İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təhqiramiz bəyanatlarına etiraz ediblər.
Almaz Həsənli