Nelson Mandelanın nəvəsi Cənubi Afrikada həbs edilib

Nelson Mandelanın nəvəsi Cənubi Afrikada həbs edilib

9 Yanvar 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika polisi demokratik Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsini avtomobil oğurluğunda əli olmaqda şübhəli bilərək həbs edib.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli “EWN” radiostansiyası məlumat yayıb.

Məlumata görə, Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda, əvvəllər Mandelaya məxsus olan və sonra onun nəslinə keçən malikanənin ərazisində aşkar edilib.

Yohannesburq polisinin sözçüsü Ksolani Fila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib. “Malikanəyə girəndə polis əməkdaşları oğurlanmış avtomobil aşkarlayıb və şübhəli şəxsləri saxlayıblar”, - deyə o bildirib. Yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.

Taksi sürücüsü işləyən sürücünün “Toyota Corolla” markalı avtomobili qaçırılıb.

Nelson Mandela 1994-cü ildə aparteid sisteminin dağılmasından sonra Cənubi Afrika Respublikasının prezidenti seçilib. O, bu vəzifəni 1999-cu ilin yayına qədər tutub. Mandela 2013-cü ildə 95 yaşında vəfat edib. Onun 6 övladı və 17 nəvəsi qalıb.

Almaz Həsənli