Danimarka Qrenlandiyanın müstəqilliyini mümkün hesab edir
Danimarkanın xarici işlər naziri Lars Lyukke Rasmussen etiraf edib ki, Qrenlandiyanın əhalisi istəsə müstəqil ola bilər. Bu barədə “Reuters” xəbər verir.
İdarənin rəhbəri etiraf edib ki, muxtar ərazinin öz ambisiyaları var. Eyni zamanda o, onların həyata keçiriləcəyi təqdirdə Qrenlandiyanın ABŞ-ın bir hissəsi ola biləcəyinə şübhə ilə yanaşıb.
Eyni zamanda, Lars Lyukke Rasmussen ölkənin xarici siyasət böhranı vəziyyətində olması fikrini rədd edib. Onun sözlərinə görə, ABŞ-ın Arktikada təhlükəsizliklə bağlı narahatlığı Rusiya və Çinin regionda artan fəallığını nəzərə alaraq qanunauyğundur. Xarici işlər naziri vurğulayıb ki, Kopenhagen bu məsələdə əməkdaşlıqla bağlı ABŞ-la dialoqa açıqdır.
Bundan əvvəl Danimarka kralı X Frederik ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatları fonunda ölkənin gerbindən üç tacın çıxarılmasına, eləcə də regionların təyinatının ayrıca vurğulanmasına göstəriş verib. Xüsusilə, Qrenlandiya və Farer adalarının gerbləri böyüdülərək müvafiq olaraq ikinci və üçüncü sahələrə yerləşdirilib. Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a birləşdirilməsi təklifini rədd edib. "Qrenlandiya satılmır,"-o,qeyd edib.
Almaz Həsənli