Avropa Parlamenti Gürcüstandan Rusiya ilə müharibəyə başlamağı tələb edə bilər

Avropa Parlamenti Gürcüstandan Rusiya ilə müharibəyə başlamağı tələb edə bilər

07:51
Bəyəndim (1) Bəyənmədim (0)


Avropa Parlamenti (AP) Gürcüstana qarşı daha bir qətnamə qəbul edə bilər və bu qətnamədə ölkədən Rusiya ilə müharibəyə başlamağı açıq tələb edəcək. Bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.

Hakim siyasi qüvvə öz bəyanatını onunla izah edir ki, 2024-cü ildə, həm də ondan əvvəl Avropa Parlamenti Gürcüstanla bağlı beş qətnamə qəbul edib və bu qətnamələrdə “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib. Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması, LGBT təbliğatını qadağan edən qanunun ləğvi və Rusiyaya qarşı sanksiyaların tətbiqi də qətnamədə yer alıb.

“Bu tendensiyanı nəzərə alsaq, Avropa Parlamentinin altıncı qətnaməsi daha çox açıq şəkildə Rusiya ilə müharibəyə getməyimizi tələb edir”, - bəyanatda deyilir.

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili 2022-ci il fevralın 25-də Rusiya əleyhinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırmadığını açıqlayıb və bunu milli maraqlarla izah edib. Ölkənin hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi Gürcüstana böyük iqtisadi ziyan vurmaqla yanaşı, həm də hərbi qarşıdurmaya səbəb ola bilər.

Oxuməni.az