Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir

Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir

9 Yanvar 15:29
Bəyəndim (1) Bəyənmədim (0)


Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd gələcək dövlət başçısı ilə evlənməzdən əvvəl Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir. Bu barədə “Sky News Arabia” iddia edilən sənədlərə istinadən xəbər verir.
“[Suriya müxalif jurnalisti Nizar] Nayuf özünün dediyinə görə sənədləri dərc etdi .Onlar işi təmin edən Britaniya kəşfiyyatçısı Eliza Boulerin dəstəyi ilə Londonda Amerika bankı “JP Morgan”-da işə düzəldiyi üçün Əsma Əsədlə Britaniya kəşfiyyatının əlaqələri haqqında əlavə təfərrüatlar var ”, - nəşr qeyd edir.
Əlavə olaraq dəqiqləşdirilir ki, Suriya hakimiyyəti bu cür əlaqələrdən xəbərdar ola bilərdi, bununla bağlı ölkənin o zamankı prezidenti Hafiz Əsəd oğlu Bəşərin Əsma ilə evlənməsinin əleyhinə idi. Bununla belə, material müəllifləri vurğulayırlar ki, hazırda sənədlərin doğruluğunu təsdiqləmək mümkün deyil.
Almaz Həsənli