Rusiya universitetləri Bolonya təhsil sistemindən imtina edirlər
Rusiya Elm və Ali Təhsil Nazirliyi 2026-cı il sentyabrın 1-dən yerli universitetlərin yenilənmiş ali təhsil sisteminə tam keçidini elan edib.
Oxuməni.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tarixədək müvafiq normativ hüquqi aktlar hazırlanaraq təsdiq olunacaq. Elm və Ali Təhsil Nazirliyindən verilən məlumata görə, artıq köhnə proqramlar üzrə təhsil alan tələbələr əvvəllər təsdiq edilmiş təhsil trayektoriyaları üzrə təhsillərini başa vura biləcəklər.
İslahat çərçivəsində Rusiyada ali təhsil üç səviyyədən ibarət olacaq:
1. Baza ali təhsili - təlim 5 ildən 6 ilə qədər davam edir və bakalavr dərəcəsini əvəz edir.
2. İxtisaslaşdırılmış ali təhsil - 1 ildən 3 ilədək olan magistratura, rezidentura və ya assistent- stajçı.
3. Aspirantura - peşə təhsili kimi təsnif ediləcək.
Hər iki səviyyədə birinci mərhələnin başa çatması aspiranturaya qəbul üçün ilkin şərt olacaqdır.
Qeyd edək ki, yeni sistemə keçid 2023-cü ildə Rusiyanın altı aparıcı universitetində, o cümlədən Moskva Aviasiya İnstitutunda (MAİ), “MISiS” Milli Tədqiqat Texnoloji Universitetində və Moskva Pedaqoji Dövlət Universitetində (MDPU) başlanmış pilot layihə ilə başlayıb. Təcrübə çərçivəsində tələbələrə adi bakalavr və magistr pillələri əvəzinə yeni iki mərhələli model üzrə təlim keçirilib.
İslahat 2022-ci ilin mayında Elm və Ali Təhsil Naziri Valeri Falkov tərəfindən elan edilən Bolonya təhsil sistemindən imtina kursunun məntiqi davamı oldu.
2023-cü ilin fevralında prezident Vladimir Putin Rusiyanın ənənəvi təhsil sisteminə qayıtmağı təklif etdi.
Almaz Həsənli