İsrail ordusu İordan çayının qərb sahilində terror şübhəsi ilə 19 nəfəri saxlayıb
İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 19 nəfər saxlanılıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Ordu departamenti qeyd edib ki, gecə reydləri İsrail ordusu tərəfindən sərhəd polisi və kəşfiyyat orqanları ilə birlikdə İordan çayının qərb sahilində həyata keçirilib. “İordaniyanın Qərb Sahilində Mitlon kəndində təhlükəsizlik qüvvələri silahlı terrorçunu və partlayıcı laboratoriyanı məhv ediblər”, - deyə məlumatda bildirilir.
Ordunun mətbuat xidmətinin daha əvvəl dərc edilmiş məlumatlarına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayan 2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək 6000-dən çox insan saxlanılıb. Onlardan 2350-dən çoxu Qəzza zolağında hakim olan radikal Həmas hərəkatı ilə əlaqədə şübhəli bilinir.
Oxuməni.az