Tramp Meksika sərhədində fövqəladə vəziyyət elan edəcəyini təsdiqləyib

Tramp Meksika sərhədində fövqəladə vəziyyət elan edəcəyini təsdiqləyib

07:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək. Müvafiq fərmanı prezident Donald Tramp imzalayacaq.

Bu barədə Trampın çıxışında bəyan edib.
"Bu gün mən bir sıra tarixi sərəncamlar imzalayacağam və biz Amerikanın dirçəlməsinə və sağlam düşüncə inqilabına başlayacağıq. Əvvəlcə cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan edəcəyəm", - Tramp deyib.

O, bütün qeyri-qanuni sərhəd keçidlərinin bağlanacağına aydınlıq gətirib.

Tramp həmçinin bildirib ki, ABŞ milyonlarla cinayətkarın gəldikləri ölkələrə qaytarılması prosesinə başlayacaq. O, həmçinin ABŞ-da sığınacaq axtaran insanların Meksikaya giriş üçün gözləmələrini tələb edən “Meksikada qal” proqramını bərpa edəcək.

ABŞ prezidenti “işğalın dayandırılması” üçün Amerika qoşunlarını cənub sərhədinə göndərəcəyini vəd edib. Eyni zamanda, kartellər beynəlxalq terror təşkilatları kimi tanınacaq.

Əziz Mustafa, Oxuməni.az