NATO hərbi gəmiləri Baltik dənizinə daxil olub

NATO hərbi gəmiləri Baltik dənizinə daxil olub

10:37
Bəyəndim (1) Bəyənmədim (0)

NATO hərbi gəmiləri Baltik dənizinə daxil olub. Şimali Atlantika Alyansı Rusiya ilə sərhədlərdə hərbi mövcudluğun artmasını Baltik Sentinel əməliyyatının həyata keçirilməsi ilə izah edib.

Yle-nin məlumatına görə, yanvarın 15-də NATO-nun iki gəmisi Finlandiya körfəzinə daxil olub. Almaniyanın “Datteln” minaaxtaran gəmisi və Hollandiya Kral Donanmasının “Luymes” hidroqrafik gəmisi körfəzdə lövbər salıb. Onların Baltik sularında olmalarının rəsmi səbəbi NATO-nun dəfələrlə zədələnmə hadisələrindən sonra sualtı enerji kabellərini qorumaq üçün təşkil etdiyi Baltik Sentinel əməliyyatında iştirakıdır.

Hərbi gəmilər yanvarın 18-dən Baltik dənizində patrul xidmətini həyata keçirməyə başlayıb. Monitorinq qrupuna həmçinin digər NATO gəmiləri, o cümlədən dənizdəki hadisələri havadan izləmək üçün göyərtəsində helikopter olan Hollandiya Kral Hərbi Dəniz Qüvvələrinin freqatı Tromp daxildir. Dəniz qüvvələrinin pilotsuz uçuş aparatları da patrul xidməti üçün istifadə olunur. NATO komandanlığı dəniz əməliyyatlarını həyata keçirmək üçün onlardan bir donanma yaratmağı planlaşdırır.

NATO 2025-ci ilin əvvəlindən Baltik dənizinə artıq orada olanlardan əlavə, ümumilikdə 10 gəmi göndərib.

Əziz Mustafa, Oxuməni.az