ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

10:06
Bəyəndim (1) Bəyənmədim (0)

“CNN” xəbər verir ki, bazar ertəsi ABŞ Senatı Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.

Yuxarı palatanın 99 üzvü “lehinə”, heç biri əleyhinə səs verməyib. Senatorlar prezident Donald Trampın administrasiyasında əsas təyinatlı şəxslərdən birincisi olan M.Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyiblər. Və bu, 2011-ci ildən Floridanı təmsil edən senator M.Rubionun Senatda səsvermədə iştirakı sonuncu dəfə ola bilər.

Donald Trampın qızğın davamçısı və onun siyasətinin sədaqətli tərəfdarı olan Rubio çərşənbə günü təsdiqləmə dinləmələrində Trampa “etimada” görə təşəkkür edib. O, söz verib ki, təsdiq olunarsa, Donald Trampın xarici siyasət vədlərini yerinə yetirməyi ABŞ Dövlət Departamentinin "əsas missiyası"na çevirəcək.

Səsvermədən sonra M. Rubio jurnalistlərə deyib ki, o, “sabah səhər and içəcəyini” gözləyir.

53 yaşlı M. Rubio kubalı mühacirlərin nəslindəndir. O, 28 may 1971-ci ildə Florida ştatının Mayami şəhərində kubalı mühacirlərin ailəsində anadan olub. 1993-cü ildə Florida Universitetini bitirib, burada siyasi elmlər üzrə təhsil alıb, 1996-cı ildə isə Mayami Universitetində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Almaz Həsənli