Tehranın nüvə gücləri klubuna qoşulması müharibələrin qarşısını alacaq

Tehranın nüvə gücləri klubuna qoşulması müharibələrin qarşısını alacaq

08:10
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi bəyan edib ki, İranın nüvə arsenalına malik olması çəkindirici rol oynayaraq regional və qlobal sabitliyə töhfə verən amil olacaq. RİA Novosti deputata istinadən xəbər verir.

"İran nüvə silahı əldə edərsə, bu, çəkindirici rol oynayacaq və potensial müharibələrin qarşısını alacaq", - Naderi bildirib.

Bu bəyanat Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlardan imtina etməsi fonunda verilib və bunu əvvəllər İran prezidenti Məsud Pezeşkian bəyan edib. Onun bəyanatına görə, İran yalnız üçüncü tərəflərin vasitəçiliyi ilə dialoqa hazırdır.

Martın 28-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər respublikanın hakimiyyət orqanları Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İran üçün “pis hadisələr baş verə bilər”. Amerika lideri qeyd edib ki, İran onsuz da qərar verməli olacaq.

Əziz Mustafa, Oxuməni.az