
Amerikanın F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb
F-35 qırıcı təyyarəsi Kaliforniyadakı Lemur Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb. Bu barədə “ABC News” məlumat yayıb.
“Fox 26 News” mənbələrinə görə, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinə və ya ABŞ Dəniz Piyadaları Korpusuna məxsus F35 Lightning II zərbə qırıcısı ola bilər.
"Pilot uğurla katapult olub, təhlükəsizlikdədir. Personal arasında başqa xəsarət alan yoxdur", - deyə aviabazanın bəyanatında bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Almaz Həsənli
Digər xəbərlər