Məsud Pezeşkian ilk dəfə Pakistana səfər edəcək

Məsud Pezeşkian ilk dəfə Pakistana səfər edəcək

1 Avqust 15:34
Bəyəndim (2) Bəyənmədim (0)

Sabah İran prezidenti Məsud Pezeşkian Pakistana ilk dövlət səfəri edəcək. Səfər çərçivəsində onun bu ölkənin prezidenti və baş naziri ilə görüşü nəzərdə tutulub.

Oxuməni.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin avqustun 1-də yaydığı bəyanatda deyilir.

Səfər Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutacaq.

Pezeşkianı Pakistana yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək, tərkibində xarici işlər naziri Abbas Araqçi və digər rəsmilər də olacaq.

Səfər çərçivəsində İran prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və baş nazirlə nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq.

Pezeşkianın səfəri iki gün - avqustun 2 və 3-də davam edəcək.

Oxuməni.az