
ABŞ və NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm hazırlayır
ABŞ və NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm hazırlayır. Mexanizm bütün prosesləri sürətləndirməlidir, çünki Kiyevə NATO pulları hesabına Amerika silahları veriləcək. Bu barədə Reuters məlumat yayıb.
Nəşr xatırladıb ki, iyul ayında ABŞ prezidenti Donald Tramp ABŞ-ın NATO müttəfiqlərinin pullarından istifadə edərək Ukraynanı silahla təmin edəcəyinə söz verib. Lakin Tramp bunun necə baş verəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Hazırda ABŞ, NATO və Ukrayna ilk növbədə yüksək prioritet silahların tədarükünə yönəlmiş yeni mexanizm hazırlayır. Təhvil veriləcək silahların prioritetini Ukrayna müəyyən edəcək.
Öz növbəsində, NATO müttəfiqləri Alyansın baş katibi Mark Ruttenin koordinasiyası ilə siyahıdan silahların ödənilməsi və ya bağışlanması barədə öz aralarında razılığa gələcəklər. Çatdırılmalar hər biri təxminən 500 milyon ABŞ dolları məbləğində tranşlara bölünəcək və Ukrayna Prioritet Tələblər Siyahısına (PURL) uyğun olaraq həyata keçiriləcək.“İki mənbənin məlumatına görə, hazırda Ukrayna üçün ən azı bir silah tranşının yeni mexanizmi çərçivəsində danışıqlar aparılır, baxmayaraq ki, artıq hər hansı vəsaitin köçürülüb-köçürülmədiyi bəlli deyil”, - nəşr əlavə edib.
Xatırladaq ki, ABŞ və NATO Avropa ölkələrinin hesabına Ukraynaya Amerika silahlarının göndərilməsini nəzərdə tutan saziş imzalayıb. Razılaşma sayəsində Ukrayna 10 milyard dollar dəyərində Amerika silahları alacaq. Avropa ölkələri onları ABŞ-dan alacaq.
NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, razılaşmaya əsasən, Ukrayna çoxlu sayda hava hü
Beləliklə, NATO müttəfiqləri Ukraynanı 10 milyard dollara silahlandırmağı planlaşdırırlar. Baxmayaraq ki, çatdırılma tarixləri hələ də qeyri-müəyyəndir.
"Bu, başlanğıc nöqtəsidir və bu, bizim çalışdığımız iddialı məqsəddir. Biz hazırda bu trayektoriya ilə irəliləyirik. Biz bu ambisiyaları dəstəkləyirik. Bu həcm bizə lazımdır", - Avropa rəsmilərindən biri jurnalistlərə bildirib.
Ukraynaya silahların bağışlanması ABŞ-dakı bürokratik, uzun prosedurlardan yan keçərək onların çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Lakin ölkə təhvil verilən silahların tez bir zamanda doldurulması üçün ABŞ-a əvvəlcədən pul ödəməli olacaq.
Pul Amerika hökumətinə məxsus hesablara köçürüləcək. Bu, ABŞ Maliyyə Departamentindəki xüsusi hesab və ya xüsusi fond ola bilər: dəqiq struktur hələ müəyyən edilməmişdir.
Başqa bir yol da var: NATO ölkəsi sadəcə olaraq Alyansın strukturları vasitəsilə Vaşinqtona pul ödəyə və ya Ukraynanı lazımi silahlarla təmin etmək müqabilində birbaşa Pentaqona pul köçürə bilər. Birləşmiş Ştatlar hesab edir ki, bu, Amerikanın Ukraynanı silahla təmin etmək səylərini tamamlayacaq.
cumundan müdafiə sistemləri, raketlər və sursat ala bilər. Bununla belə, ABŞ Ukraynaya birbaşa silah tədarük etməyəcək. Planlaşdırılır ki, NATO ölkələri bunu öz ehtiyatlarından həyata keçirəcək, sonra isə silahları dəyişdirəcək.
Əziz MUSTAFA