
Moldovada Mərkəzi Seçki Komissiyası Rusiyayönümlü müxalifət Seçki Blokunu qeydə alıb
Moldova Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilər ərəfəsində Rusiyayönümlü müxalifət Vətənpərvərlər Blokunu qeydə alıb.
Moldovanın sabiq prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon sentyabrın 28-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Respublika Mərkəzi Seçki Komissiyasının Sosialistlər Partiyası, Moldovanın Gələcəyi Partiyası və Moldovanın Ürəyi Partiyasının yaratdığı Vətənpərvər Seçki Blokunu rəsmi qeydiyyata aldığını açıqlayıb.
"Mərkəzi Seçki Komissiyası Vətənpərvər Seçki Blokunu (BEP) rəsmi qeydiyyata alıb. İndi heç kim bizə Moldovanın suverenliyini, adət-ənənələrimizi və hər bir vətəndaşın hüquqlarını müdafiə edən qüvvələri parlamentə gətirməyə mane ola bilməz", - deyə siyasətçi əlavə edib ki, BEP mübarizə aparmağa və qalib gəlməyə hazırdır.
Dodon həmçinin bildirib ki, avqustun 4-də blokun rəhbərliyi Moldova Kommunistlər Partiyasının bloka qoşulmaq üçün müraciətinə baxmağı planlaşdırır.
Əziz Mustafa