
ABŞ-da ermənipərəst senator Şiffə qarşı cinayət işi açılıb
ABŞ senatoru Adam Şiff (Demokrat, Kaliforniya ştatı) ipoteka fırıldaqlarında şübhəli bilinir. Merilend prokurorluğu qanunvericini araşdırır.
Bu barədə avqustun 5-də “Fox News” telekanalı məlumat yayıb.
“İstintaq Şiffin daha sərfəli kredit şərtləri əldə etmək üçün bank sənədlərini və daşınmaz əmlakın qeydlərini dəfələrlə saxtalaşdırdığı barədə məlumatın ortaya çıxmasından bir ay sonra başlayıb”, - materialda deyilir.
Vəziyyətdən asılı olaraq, senator Merilend və ya Kaliforniyadakı evi əsas iqamətgahı kimi göstərə bilər.
Şiff özü əsas iqamətgahının Merilenddə olduğunu israr etdi. Bununla belə, hələ 2023-cü ildə o, sənədlərdə Kaliforniyadakı bir mülkü daimi yaşayış yeri kimi qeyd edib.
Almaz Həsənli
Digər xəbərlər