Pompeo: "Çin Honkonqda “Oruel ruhu” yaradır"

Pompeo: "Çin Honkonqda “Oruel ruhu” yaradır"

7 İyul 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çin hakimiyyəti Honkonqda “Oruel ruhu”nda (Corc Oruelin “1984” romanı nəzərdə tutulur – red.) senzura əkir.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Çinin Kommunist Partiyası azad Honkonqu dağıtmağa davam edir. Milli təhlükəsizlik haqqında repressiv qanunun mürəkkəbi qurumamış yerli hakimiyyət “Oruel ruhu”nda milli təhlükəsizlik baxımından mərkəzi hökumət idarəçiliyi yaradıb, Kommunist Partiyasını tənqid edən kitabları kitabxana rəflərindən çıxartmağa başlayıb, siyasi şüarları qadağan edib”, – deyə o bildirib.

O, ABŞ-ın Honkonq əhalisini müdafiə üçün hər şeyi edəcəyini deyib.

Oxuməni.az