Murad Arif Maykl Cekson, Madonna və Nura Suri ilə bir araya gəldi - VİDEO

Murad Arif Maykl Cekson, Madonna və Nura Suri ilə bir araya gəldi - VİDEO

6 May 2015 10:27
Bəyəndim (0) Bəyənmədim (0)
"Bu mahnı ilə düşmən bağrı çatladacağam”

Şou-men, teleaparıcı, müğənni-bəstəkar Murad Arif müəllifi olduğu daha bir mahnını təqdim edib. Mediainfo.az-ın əldə etdiyi məlumata görə, söz və musiqisi M. Arifə məxsus olan "İn şa Allah" mahnısı artıq radio dalğalarında səsələnir. Mahnını Rəşad Bağırov aranjeman edib:

"Mahnı artıq ajiotaj yaradıb. Bu iki gündə yüzlərlə mesaj almışam. Hər kəs mahnını əldə etmək istəyirdi. Əslində, tamamilə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnini bəstələyən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının çoşqulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm bəyənəcəksiniz!".

Murad Arif "İn şa Allah" mahnısı ilə bağlı maraqlı bir məqamı da açıqladı:

"Aranjemanda Maykl Jekson, Madonna ve Nura Surinin səslərindən istifadə etmişəm. Mahninin mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər elavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcək. Bu mahnı ilə düşmən bağrı çatladacağam".

M.Arif yeni mahnısına klip çəkdirməyi də düşünür. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək. Xatırladaq ki, F.Əli Muradın hitə çevrilən "Həyat yoldaşımsan" mahnısına çəkilən klipin rejissorudur.

Hazırladı: Könül Aypara