Bəstəkar həmkarlarından inciyib
Bəstəkar-müğənni Arif Səlimov həmkarlarından, sənət dostlarından inciyib. Onun narazılığına səbəb uzun zaman yataq xəstəsi olan anasına sənət dostlarından bəzilərinin biganə qalmasıdır. Anası xəstə olduğundan mənəvi dəstək baxımından bəstəkarın gözü yoldadır. Arif Səlimov bildirir ki, necə olur, yadlar mənə mənəvi dəstək olurlar, amma öz dostlarım məni heç yada da salmırlar. Bu günə kimi anama baş çəkənlər olsa da, mən açıq deyəcəyəm, gəlməyənlər də var. Mən heç nə demirəm, yəqin başları qarışıqdır, Allah canlarını sağ etsin. Anam sadəcə mənə deyir ki, hanı illərdir sənin mahnılarını oxuyan sənətçilər.
Sağ olsunlar Flora Kərimova, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq bacıları, prodüser Soltan Mustafayev, Vüsalə Rəcova. Bu xanım nə mənim mahnımı oxuyub, nə də ona bir yaxşılığım dəyib. O, mənə gözləmədiyim anda dayaq oldu. Allah balasını saxlasın. Sadəcə olaraq bilməzdim ki, belə olar, bu da mənə bir həyat dərsi oldu. Allah canlarına dəyməsin. Atam sağ olsaydı, bəlkə də belə olmazdı. Həyatdır, heç birimiz bilmirik ki, sabah başımıza nə iş gələcək... Anamın quru nəfəsi mənim üçün bəsdir. Mən inanıram ki, anam yaşayacaq, gözəl həkimlərimiz var. Sadəcə bu dərdə dərmanı tapa bilmirəm. Allah anamı mənə bağışlasın. Narahatam, onsuz həyat mənə maraqsız olar.
Bəstəkar-müğənni Arif Səlimov ünvanımıza minnətdarlıq olaraq bildirdi ki, çox sağ olun ki, mənim bu anımda tez-tez mənimlə maraqlanır, taleyimə biganə qalmamsınız. Hamınıza çox sağ olun deyirəm, Allah sizlərdən razı olsun.
Biz "Oxu Məni" və "Mediainfo.az" olaraq anası ilə bağlı bəstəkarla mütəmadi əlaqə saxlayaraq bildiririk ki, Arif, biz hər zaman sənin yanındayıq. Öz adımızdan bəstəkara səbir, anasına da Allahdan şəfa diləyirik.
İsa Rəvan















































.jpg)














































