Aybəniz Haşımova: "Bizdən uzaq durun!"
Əməkdar artist Aybəniz Haşımova media nümayəndələrinə mesaj göndərib.
Xanım sənətçinin sosial şəbəkədə paylaşdığı fikirlərini olduğu kimi təqdim edirik:
"Öz zəhmətinizin dəyərini, qədrini bildiyiniz kimi başqalarının da zəhmətinə, haqqına hörmətlə yanaşın. Heç bir sənətkarın yaşadığı tarixi kimlərinsə şəxsi maraqlarına görə dəyişməyə, kölgə salmağa çalışmayın. Hər bir kəsin yaşadığı ömür bir tarixdir və onu heç kim dəyişə bilməz.
Heç kimin də xətrinə mən öz səhnəyə gəldiyim tarixi nə dəyişə, nə də ki dana bilmərəm. Bu mənim fəxrim və uğurumdur! Qar yağa bilər, amma izlər örtülmür. Çünki qarın əriyən günü də var. Bir ifaçı haqqında danışmamış, əgər o adam sizin üçün dəyərlidirsə, onun tarixini düzgün araşdırın. Bu jurnalistin vəzifə borcudur. Əks halda, nə efirdə, nə də yazıda yanlış fikirlər işlədib dəyərli birinin sənət tarixinə hörmətsizlik etmiş olursunuz.
Son zamanlar reytinq xətrinə demək olar ki, bütün efirlərdə gedən verilişlərin qalmaqal yaradan, gündəm yaratmaq üçün yanlış proqramları var. Amma bunun mənə və yaxud da digər sənətinə hörmətlə yanaşan insanlara heç bir aidiyyəti yoxdur. Bizdən uzaq durun, qalmaqal quran yaradıcılar. Necə ki, yalandan ifa edə bilmədiyimiz kimi, yalandan dalaşa bilmirik".
Mediainfo.az









































.jpg)





































.jpg)














