"Maşın-şou"nu tərk edən Roza Zərgərli yalan danışmaqda ittiham olundu - FOTO VİDEO

"Maşın-şou"nu tərk edən Roza Zərgərli yalan danışmaqda ittiham olundu - FOTO VİDEO

13 May 2015 10:33
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni stilist Anar Ağakişiyevə məğlub oldu

"Maşın" realiti şou"sunun "Daha bir nağıl" adlı buraxılışını Roza Zərgərli tərk edib.

İştirakçılar Rozanın şəklini ataraq gecənin taleyini həll etmək üçün onu önə çıxarıblar. Müğənni qalib gələrsə, stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyərək tamaşaçılardan səs istəyib. Anar da öz növbəsində tamaşaçılara müraciət edərək Rozanın getməsi üçün səs tələb edib. Nəticədə Roza Zərgərli 22.47 səs toplayaraq realiti şounu tərk edib. Müğənni aparıcı Murad Dadaşovun "Qalib gəlsəydin, Anarı layihədən uzaqlaşdıracaqdın?" sualını cavablandırıb:

"Mən qalib gəlsəydim, Anardan dostu olub-olmadığımı soruşacaqdım. Əgər dostu olduğumu desəydi, özüm verilişi tərk edəcəkdim. Dostum olmadığını bildirsəydi, Anarı layihədən çıxaracaqdım".

P.S. Onu da əlavə edək ki, Roza Zərgərlinin veriliş zamanı, "atam hərbçidir, anam isə həkim, dörd uşaq anasıyam, Hərbçilərdən, həkimlərdən və analardan səs istəyirəm", - deməsi səs-küyə səbəb olub. Sosial şəbəkələrin istifadəçiləri müğənninin yalan danışmasından gileyləniblər: "Roza Zərgərlinin iki övladı var, dörd yox".

Hətta Roza Zərgərlinin həmkarlarından biri belə onu yalan danışmaqda ittiham edəcək status paylaşıb. Məsələyə qayıdacayıq.

Mediainfo.az