Fahriye Evcen Kann festivalına qatılıb - FOTO

Fahriye Evcen Kann festivalına qatılıb - FOTO

19 May 2015 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə Fransanın paytaxtında keçirilən Kann festivalı yenə də dünya şou-biznesinə səs-səda saldı. Bir çox dünyaşöhrətlilərin, tanınmışların iştirak etdiyi bu mərasimə türkiyəli aktrisa Fahriye Evcen də qatılıb.

Aktrisa "Tom Ford" brendinə məxsus libasla "L’Oréal Paris"in "Türkiyə gözəllik elçisi" kimi qırmızı xalıya çıxıb. Fahriye Eva Lonqoriya, Nataşa Poli, Aişvariya Rayla bir araya gələrək söhbət edib. Bundan başqa, o, Keyt Blanşettin baş rolda çəkildiyi "Carol" filminin nümayişinə də qatılıb.

Mediainfo.az