SON DƏQİQƏ! Elgiz canlı yayımda müğənniləri biabır etdi!
Mediainfo.az xəbər verir ki, "Günəbaxan" verilişinin bugünkü buraxılışı dünənki yanğınla bağlı oldu. Teleaparıcı Elgiz Əkbərin qonaqları yanğının şahidləri olan ANS-in jurnalistlərini, bəstəkar-müğənni Murad Arifi və Lalə-Nurkan cütlüyü idi.
Veriliş boyu dünənki faciənin məqamları açıqlandı, şahidlər gördüklərindən danışdılar. Söhbət əsnasında aparıcı maraqlı bir nüansa toxunmağı özünə borc bildi:
"Dünən Türkiyənin tanınmış simaları, müğənniləri sosial şəbəkələr vasitəsilə bizim faciəmizə şərik çıxıb, başsağlığı verdilər. Əlləri buna çatırdı həmin an. Amma bizim müğənnilərimizdən səs-soraq çıxmadı. Bu, məni çox üzdü. Xalq artistləri, əməkdar artistlər! Sözüm sizədir! Axı bu millət sizi xalq artisti edib. Niyə xalqın ağır günündə olmadınız? Niyə gəlib orda ailəsini, var-dövlətini, ev-eşiyini itirənlərə dəstək olmadınız? Niyə gəlib birisini qucaqlayıb, ona mənəvi güc vermədiniz? Xalqın şad günündə görünürsünüz, amma pis günündə heç biriniz onların yanında olmadınız. Heç kimin sizin qara qəpiyinizə də ehtiyacı yox idi. Dövlət o insanları hər şeylə təmin etmişdi. Qorxmayın! Heç olmasa, adi dəstəyə gələrdiniz. Amma heç kim gəlmədi. İndən belə də lazım deyil!"
Mediainfo.az


























.jpg)





































































