Messiyə göz açmağa imkan verməyən fabrik işçisi
Avro-2016-da sürpriz nəticə göstərərək 1/4 finala qədər irəliləyən İslandiya millisi Rusiyada keçirilən dünya çempionatına da uğurlu star verdi.
Qol.az-ın xəbərinə görə, ilk görüşdə Argentinadan xal almağı bacaran (1:1) ada təmsilçisinin daha bir futbolçusu haqda maraqlı fakt ortaya çıxıb.
Məsələ burasındadır ki, rəqibin lideri Lionel Messiyə heç bir şans verməyən yığmanın müdafiəçisi Birkir Sevarrson duz fabrikində çalışır. Hətta o, mundialda iştirak etmək üçün iş yerindən icazə alıb. Dəniz duzu istehsal edən fabrikdə paketləmə işində çalışan 33 yaşlı futbolçu Argetina ilə oyunun ən yaxşılarından idi.
Digər xəbərlər
































































.jpg)

























