“Real Madrid” gənc ukraynalı qapıçını transfer edir
"Real Madrid" klubu Luqanskın "Zarya" komandasının qapıçısı Andrey Lunini transfer edir.
Mediainfo.az olke.az-a istinadən xəbər verir ki, ispan klubu 19 yaşlı qolkiper üçün 14 milyon avro ödəyəcək. Bildirilir ki, müqavilə 21 iyun tarixində imzalanacaq.
Rusiya mətbuatının xəbərinə əsasən, "Real Madrid" uzun müddət Luninin oyunlarını izləyib və "Liverpul", Roma" və "Real Sosedad" kimi klubları qabaqlayaraq transfer qərarını verib.
Andrey Luninin 19 yaşı var. O, karyerasına "Dnepr" komandasında başlayıb. Bir il əvvəl isə "Zarya" komandasına keçib. 36 oyuna çıxıb və 10 oyunda qapısından top buraxmayıb.
Digər xəbərlər
































































.jpg)

























