“Sportinq” – “Qarabağ” oyununun hakimləri bəlli olub
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"lə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Azadinform UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş fransalı hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi Fransua Lötexsye, yan xətt hakimləri isə Sirill Mönye və Mehdi Rohmani olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Frank Şneyder və Kərim Abed yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Cuanno Bertrandır.
Qeyd edək ki, sentyabrın 20-də Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Digər xəbərlər












































.jpg)













































