Mayk Tayson Daşkənddə lüks yaşayış binası alıb

Mayk Tayson Daşkənddə lüks yaşayış binası alıb

19 Sentyabr 2018 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq iş mərkəzində tikilməkdə olan çoxmənzilli yaşayış binasının sahibi olub.

Bu barədə Trend-ə beynəlxalq iş mərkəzinin rəhbərliyindən məlumat veriblər.

"Gardens Residence" yaşayış kompleksi 8 hektar ərazini əhatə edəcək.

Qeyd olunur ki, yaşayış kompleksi 9 premium sinifli binadan ibarət olacaq. 1138 mənzildən ibarət yaşayış kompleksinin 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.