Ramosdan sarı vərəqə rekordu

Ramosdan sarı vərəqə rekordu

20 Sentyabr 2018 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının ən çox sarı vərəqə alan futbolçusu olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, son olaraq dünən "Roma"ya qarşı matçın 23-cü dəqiqəsində xəbərdarlıq alan komandanın kapitanı bu turnirdəki sarı vərəqələrinin sayını 37-yə yüksəldib. Bununla da o, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulzu geridə qoyaraq (36) bu göstəricidə birinci olub.

Qeyd edək ki, S.Ramos La Liqada da ən çox sarı vərəqə alan futbolçudur (162).