Voleybol millimiz Rusiyaya uduzdu
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Faiq Qarayevin komandası 3-cü turda Rusiya yığması ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (25:21, 25:21, 25:22).
Bu qələbədən sonra xalını 8-ə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə 3 xalla 4-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.
Digər xəbərlər



































.jpg)




































.jpg)


















