Cüdoçumuz 8 qat dünya çempionu oldu

Cüdoçumuz 8 qat dünya çempionu oldu

18 Oktyabr 2018 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.

Yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb. Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.( ölkə.az)