“İnter” səfərdə “Lazio”nun qapısından üç cavabsız top keçirdib

“İnter” səfərdə “Lazio”nun qapısından üç cavabsız top keçirdib

30 Oktyabr 2018 06:10
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya çempionatının 10-cu turuna yekun vurulub.

Turun maraq doğuran oyunu "Olimpiko" stadionunda keçirilib. "Lazio" klubu "İnter" komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Neradruzuri"nin heyətində Mauro İkardi (2) və Marselo Brozoviç fərqlənib.

Bu qələbədən sonra "İnter" xallarının sayini 22-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Lazio" isə 18 xalla 4-cü yerdə qərarlaşıb.

İtaliya A Seriyasının 11-ci turunda "İnter" noyabrın 3-də "Genoa" klubunu qəbul edəcək. "Lazio" isə səfərdə SPAL komandası ilə üz-üzə gələcək.(azərtac)