Mourinyo "Real" Madridi çalışdıra bilər

Mourinyo "Real" Madridi çalışdıra bilər

30 Oktyabr 2018 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər Joze Mourinyo qış fasiləsi dövründə Madridin "Real" komandasını çalışdırmağa başlasa, onda "Mançester Yunayted" komandasının baş məşqçisi Antonio Konte ola bilər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Gazzetta dello Sport"-da gedən yazıda deyilir. Məlumatda bildirilir ki, hələlik "Real" Madrid rəhbərliyi Mourinyonun namizədliyinin üzərində dayanıb. Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.