"Çelsi" 2-ci pilləyə yüksəldi

"Çelsi" 2-ci pilləyə yüksəldi

5 Noyabr 2018 06:23
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Çempionluğa əsas iddialılardan "Çelsi" turu qələbə ilə başa vurub. Doğma azarkeşləri önündə "Kristal Pelas"ı qəbul edən London klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. "Zadəganlar"ın qollarını 32 və 65-ci dəqiqələrdə Alvaro Morata, 70-ci dəqiqədə Pedro Rodriges vurub. Qonaqların heyətində isə 53-cü dəqiqədə Andros Taunsend fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 27-yə çatdıran "Çelsi" 2-ci sıraya yüksəlib. 3-cü pillədəki "Liverpul"un da eyni sayda xalı var. Turnir cədvəlinə 29 xalla son çempion "Mançester Siti" başçılıq edir. (qol.az)