Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək

Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək

12 Dekabr 2018 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Çempionlar Liqasında qrup mərhələsi oyunları başa çatacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu oyunlardan sonra növbəti mərhələyə adlayacaq daha bir komandanın adı məlum olacaq. Növbəti mərhələyə son vəsiqə uğrunda əsas mübarizə F qrupunda "Şaxtyor" - "Lion"arasında keçiriləcək oyunda gedəcək. Donetsk komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün hökmən Lion təmsilçisini məğlub etməlidir. Növbəti mərhələyə adlamaq üçün fransızlara isə bu oyunda heç-heçə də bəs edəcək.