“Mançester Siti” “Everton”u məğlub edib
Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turuna start verilib.
Turun açılış matçı "Etihad" stadionunda oynanılıb. Son çempion "Mançester Siti" doğma meydanında "Everton" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardionlanın yetirmələrinin heyətində Qabriyel Jesus (2), Rəhim Sterlinq, qonaqlardan isə Kalvert-Levin fərqləniblər.
Bu qələbədən sonra "şəhərli"lər xalların sayını 44-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəliblər. "Everton" isə 24 xalla 7-ci pillədə qərarlaşıb. Azərtac
Digər xəbərlər



































.jpg)




































.jpg)


















