"Mançester Yunayted" Mourinyonu istefaya göndərib

"Mançester Yunayted" Mourinyonu istefaya göndərib

18 Dekabr 2018 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Joze Mourinyonu istefaya göndərib.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu barədə klubun rəsmi saytının yaydığı məlumatda deyilir: "Biz Joze Mourinyoya klubumuzda gördüyü işlər üçün təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq".

Hələlik "Mançester Yunayted"ə kimin baş məşqçi təyin ediləcəyi məlum deyil. Bu arada isə The Mirror qəzeti yazıb ki, "Mançester Yunayted" rəhbərliyi vaxtından əvvəl Mourinyonu istefaya göndərdiyi üçün ona 24 milyon funt-sterlinq ödəməli olacaq.