"Yuventus" İskonu transfer etməyə hazırlaşır

"Yuventus" İskonu transfer etməyə hazırlaşır

26 Dekabr 2018 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Turinin "Yuventus" futbol klubu yarımmüdafiəni gücləndirmək üçün Madridin "Real" komandasının hücumçusu İskonu transfer etmək niyyətindəfir .

Mediainfo.az-ın İtaliyanın "Tuttasport" qəzetinə istinadən verdiyi məlumata görə, İsko özü də "Real"da oynamaq istəmir. Buna səbəb isə madridlilərin yeni baş məşqçisi Solarinın İskonu əsas heyətdə nadir hallarda oynatmasıdır. Bundan əlavə Solari ilə İskonun şəxsi münasibətləri də yaxşı deyil. Qeyd edək ki, İskonun transferi məsələsi İngiltərənin bir-sıra məşhur klublarının, o cümlədən "Mançester Siti"nin də gündəmindədir.