Yurgen Klopp: "Arsenal" əks-hücumlarda çox güclüdür

Yurgen Klopp: "Arsenal" əks-hücumlarda çox güclüdür

28 Dekabr 2018 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul" futbol klubunun baş məşqçisi Yurgen Klopp sabah baş tutacaq "Arsenal"la oyunun komandası üçün asan olmayacağını söyləyib.

Mediainfo.az-ın verdiyi xəbərə görə Klopp "Liverpul"un saytına verdiyi açıqlamasında "topçular"ın olduqca yaxşı oyun nümayiş etdirdiklərini, əks-hücumlarda təhlükəli olduqlarını bildirib:

" Oyun heç də asan keçməyəcək. "Topçular" hazırda gözəl oyun nümayiş etdirirlər, onların yaxşı məşqçisi var. Əgər biz də"Nyukasl" kimi rəqib komandaya əks-hücum taktikasından istifadə etməyə imkan versək, onda uğur qazanmaq imkanlarımız olmayacaq. "Arsenal" əks-hücumlarda çox güclüdür".