"Roma"dan "Qalatasaray"ın futbolçusu üçün 7 milyon 500 avro

"Roma"dan "Qalatasaray"ın futbolçusu üçün 7 milyon 500 avro

31 Dekabr 2018 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Roma" "Qalatasaray"ın futbolçusu Ozan Kabakı transfer edə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydıı xəbərə görə, İtaliya klubu 18 yaşlı müdafiəçi ilə maraqlanır. "Roma"nın türk oyunçu üçün 7 milyon 500 min avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, "Qalatasaray"ın O.Kabakla yolları ayırmaq istəmədiyi iddia olunur.